×
A
A
A
Sazlamalar

Alən Korvez: Xarici ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsi çox önəmlidir

Paris, 2 mart, AZƏRTAC
Xocalı faciəsi ilə bağlı faktlara əsaslanan səndəli film çox təsirli idi. Mülki insanların əzab-əziyyətin görmək çox çətin oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıyam. Geosiyasətçi olduğum üçün bu münaqişə ilə maraqlanıram. Münaqişəyə dair əlavə məlumatlar almaq üçün bu tədbirə gəldim.
Bu fikirləri Fransada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən tədbirdə iştirak etmiş Alən Korvez AZƏRTAC-a müsahibəsində deyib.
“Münaqişə ilə bağlı çoxlu suallar doğur. Bu suallara cavab tapmaq üçün xarici ölkələrdə bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Burada sənədli film nümayiş olundu. Filmdə şahidlərin dili ilə hansı işgəncələrə məruz qaldıqlarını eşitdik. İnsan necə bir-birini vəhşicəsinə qətlə yetirə bilər. Bu axşam gördüklərimiz dəhşətdir.
Bu tədbirdə Azərbaycan tərəfi faktlarla vəziyyəti təqdim etdi. Bu tədbirdə münaqişə ilə bağlı çox məlumat əldə etdik”,-deyə A. Kortez qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2020-03-02 12:09:00