Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocalı şəhidlərinin xatirəsi İzmirdə də ehtiramla yad olunub

Ankara, 1 mart, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkındakı Xocalı soyqırımı abidəsinin qarşısında anma mərasimi keçirilib.
İzmirdə fəaliyyət göstərən Azərbaycan Kültür və Dayanışma Dərnəyindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Bornova rayon bələdiyyəsinin sədri və rayonun icra başçısı, barnovalılar, azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Şəhidlərimizin ruhuna dualar oxunub, Xocalı soyqırımı abidəsinin önünə gül-çiçək düzülüb.
Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və başqaları çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Qeyd olunub ki, onilliklər boyu xalqlarımıza qarşı düşmənçilik edən ermənilər hər bir fürsətdə günahsız insanlarımıza qarşı soyqırımı həyata keçiriblər. Mərasimdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq şüarları səsləndirilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-03-01 05:27:00