×
A
A
A
Sazlamalar

Kişineuda Xocalı soyqırımı ilə bağlı keçirilən konfrans Moldova KİV-lərində geniş işıqlandırılıb

Kişineu, 29 fevral, AZƏRTAC

Fevralın 26-da Moldovanın paytaxtı Kişineu şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən konfrans Moldova kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın Prime TV, Publika TV telekanallarında tədbir ilə bağlı süjetlər, ölkənin nüfuzlu və tanınmış, geniş oxucu auditoriyasına malik olan “Tribuna”, “NOİ” informasiya agentliklərində məqalələr dərc olunub. Həmçinin rumın dilində məqalələr “TİMPUL”, “TOTUL”, “Realitate” informasiya platformalarında yerləşdirilib.
Məqalələrdə Xocalı soyqırımının təfərrüatları və acı nəticələri, Xocalı qətliamının dünya miqyasında tanıdılması məqsədi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası barədə məlumat verilir.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət 2020-02-29 16:05:00