×
A
A
A
Sazlamalar

Musiqili Teatrda “Qızıl toy” olacaq

Bakı, 29 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında xüsusi yer tutan səhnə əsəri - “Qızıl toy” ikihissəli musiqili komediyası martın 1-də tamaşaçıların ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov, Elnur Zeynalov və başqaları ifa edəcək.
Səhnə əsərində valideynlərə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla çatdırılır.
Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistenti Tamilla Aslanovadır.

 

Teatr və kino 2020-02-29 11:03:00