×
A
A
A
Sazlamalar

Aktauda Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Aktau, 28 fevral, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin beynəlxalq münasibətlər kafedrasının dosenti Akmaral Mendixanova, müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımı haqqında məlumat verilib, bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışılıb. Tədbirdə Xocalı soyqırımına və ermənilərin Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasətindən, “ASALA” terror təşkilatından, həmçinin “Daşnak” partiyasının çirkin əməllərindən bəhs olunub. İştirakçılara müvafiq kitablar, jurnallar və broşürlər təqdim olunub.
Tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Qazaxıstanın birinci Prezidenti “Elbası” Nursultan Nazarbayev arasında olan dostluq münasibətləri, ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əlaqələr barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycanın tarixindən, mədəniyyətindən, iqlimindən və turizm potensialından bəhs olunub.
Sonda tələbələrin suallar cavablandırılıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau

Xocalı faciəsi 2020-02-28 19:24:00