×
A
A
A
Sazlamalar

TRT-nin “Türkiyənin səsi” radiosu Xocalı soyqırımı barədə geniş müsahibə yayıb

Ankara, 28 fevral, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı və bu ölkədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba Xocalı soyqırımın 28-ci ildönümü ilə əlaqədar TRT-nin “Türkiyənin səsi” radiosunda canlı yayında olublar.
Erməni vandallar tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilən bəşəri faciə barədə müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, erməni millətçi dairələrinin zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı formalaşdırdıqları düşmənçilik müasir dövrdə çox təhlükəli bir həddə çatıb. Xocalı soyqırımı bu düşmənçiliyin daha bir nümunəsidir.
Canlı yayında Xocalı soyqırımının törədilməsinin səbəb, məqsəd və acı nəticələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin vəziyyəti və s. mühüm məqamlardan bəhs olunub.
Tərəflər tanınmış jurnalist Sevda Mirzənin suallarını cavablandırıblar.

Qan yaddaşı 2020-02-28 01:49:00