×
A
A
A
Sazlamalar

Yeganə Axundova: Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün səylərimizi birləşdirməliyik

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı faciəsinin gündəmdə saxlanılması, ermənilərin törətdiyi vəhşiliklərin həm gənc nəsillərə, həm də bütün dünyaya çatdırılması vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova bildirib.
O deyib: “Azərbaycanlı olaraq hər birimiz bu istiqamətdə gücümüzü və səylərimizi birləşdirməliyik ki, bütün dünya erməni cinayətlərindən xəbərdar olsun”.
Yeganə Axundova, həmçinin Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yüksək qiymətləndirib.

Xocalı faciəsi 2020-02-27 18:20:00