×
A
A
A
Sazlamalar

Anni D’Esker: Qətlə yetirilmiş günahsız insanların xatirəsini anmaq sülhə, ədalətə aparan yoldur VİDEO

Paris, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq çox vacibdir. Qətlə yetirilmiş o günahsız insanların xatirəsini anmaq sülhə, xüsusilə də ədalətə aparan yoldur. Fransa Azərbaycan torpaqlarının işğalını tanıyıb və bir ölkənin ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu yaxşı anlayır. Çünki Fransa özü də bu problemi yaşamış ölkədir.
Bu fikirləri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə Parisdə keçirilən anım mərasiminin iştirakçısı Anni D’Esker (Annie D’Esquerre) AZƏRTAC-a müsahibəsində söyləyib.
“Düşünürəm ki, Fransa dövləti və xalqı azərbaycanlıların ağrı-acısını yaxşı başa düşür. Xocalı hadisələri dəhşətli faciədir. Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün keçirilən bu tədbir, onların ruhuna edilən dualar ədalətə və Qarabağa dönüş yolunu işıqlandıran ümiddir.
Fransa dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynamalıdır”, - deyə o qeyd edib.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2020-02-27 17:37:00

Video