×
A
A
A
Sazlamalar

Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb

London, 27 fevral , AZƏRTAC
Böyük Britaniyanın “EUTribune” qəzetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs olunur.
Məqalədə soyqırımı zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, ümumilikdə, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi qeyd olunub. Bildirilib ki, faciə baş verən gecə 1215-dən çox dinc sakin girov götürülüb, onların 155-nin taleyi hələ də məlum deyil.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2020-02-27 16:23:00