×
A
A
A
Sazlamalar

İtaliyanın Siena şəhərinin sakinlərinə və turistlərə Xocalı soyqırımı ilə bağlı məlumatlar verilib

Siena, 27 fevral, AZƏRTAC

Azərbaycan-İtaliya Gənclər Assosiasiyası təşkilatçılığı və Siena şəhərində yaşayan soydaşlarımızın iştirakı ilə Siena şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, soydaşlarımız şəhərin turist çox olan hissələrində, o cümlədən universitetlərdə Xocalı haqqında təbliğat kampaniyası keçirib. Təbliğat çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalıda baş verən qətliam barədə flayerler və broşürlər paylanılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Siena

Xocalı faciəsi 2020-02-27 15:12:00