×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 43,3 milyard dollara çatıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib.
O bildirib ki, əgər 2019-cu ilin əvvəlində fondun aktivlərinin həcmi 38,5 milyard dollar təşkil etmişdisə, bu il yanvarın 1-nə aktivlərin həcmi 12,5 faiz artaraq 43,3 milyard dollar təşkil edib.
“Ötən il beynəlxalq bazarlarda neftin qiyməti Neft Fondunun büdcəsində tutulan orta illik ixrac qiymətlə (60 ABŞ dolları) müqayisədə yüksək olub (64 dollar). Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb. Fondun aktivlərinin artımı da neft gəlirlərinin proqnoza nisbətdə yüksək olması, o cümlədən vəsaitlərin idarə edilməsindən qazanılan gəlirlər hesabına olub”, - deyə İsrafil Məmmədov qeyd edib.
Müsahibənin tam mətni

Neft - qaz 2020-02-27 13:40:00