×
A
A
A
Sazlamalar

“Azərişıq”dan daha bir yenilik

Bakı, 27 fevral, AZƏRTAC
Kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədilə “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir.
“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, regionlar üzrə səhmdar cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Bu yenilik bilavasitə kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmədən müsahibəyə qatılırlar.
Ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil olunur, elektron növbə sistemi ilə işlə təmin edilirlər.
Hazırda “Azərişıq” ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı, Tədris Mərkəzləri də fəaliyyət göstərir.

 

Energetika 2020-02-27 12:20:00