Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Maribor, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən vəkillər Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.
Qeyd edək ki, Memorial Kompleksdə günahsız insanlara qarşı bəşəri cinayətlərin və müharibələrin ittiham olunduğu abidə və xatirə lövhələri mövcuddur. Xocalıya həsr olunan xatirə lövhəsinin də daxil olduğu bu abidələr gələcək nəsillərə humanizm və sülhpərvər dəyərlərin ötürülməsi, gənc nəsil arasında bu dəyərlərin təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Maribor
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı