×
A
A
A
Sazlamalar

Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər

Bakı, 26 fevral, AZƏRTAC

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) miqrasiya könüllüləri aksiya keçiriblər.
DMX-dən AZƏRTAC-a bildirilib ki, onlar paytaxtın Nizami küçəsində, o cümlədən alış-veriş mərkəzlərinin qarşısında əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən informasiya bülletenləri və flayerlər paylayıblar.
Kampaniyaya qatılanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə insanları ətraflı məlumatlandırılıblar.
Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.

 

Sosial 2020-02-26 23:12:00