×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının dəhşətləri Türkiyə ictimaiyyətinə videoçarx vasitəsilə çatdırılır

Ankara, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Ankara, Kırıkkale, Bursa və Kastamonu şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində faciənin dəhşətlərini əks etdirən fotoşəkillər əsasında yaradılan videoçarxın nümayişi davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə reallaşan layihə böyükşəhər bələdiyyələri tərəfindən həyata keçirilir.
Müxtəlif saatlarda göstərilən videoçarxın nümayişi yerli ictimaiyyət və KİV tərəfindən maraqla qarşılanıb.
Videoçarx adıçəkilən şəhərlərin, ümumilikdə, əllidən çox məntəqəsində nümayiş olunur. Layihə fevralın sonunadək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-02-26 19:40:00