×
A
A
A
Sazlamalar

Gültən Əbdülova: Ata yurdum Xocalını görmək istəyirəm...

Bakı, 26 fevral, AZƏRTAC

Bu gün Xocalı soyqırımından 28 il ötür. Mənə həmin faciə haqqında valideynlərim, müəllimlərim, hadisə şahidləri ətraflı məlumatlar veriblər. Bilirəm ki, qəsbkar ermənilər Xocalıda dəhşətli qırğın törədiblər, 613 nəfər qətlə yetirilib. Atam da Xocalıda düşmənə qarşı döyüşlərdə iştirak edib.
Bu sözləri xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn, Bakıda fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Gültən Əbdülova AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, xalqımız Xocalı faciəsini heç vaxt yaddan çıxarmayacaq.
“Mən ata yurdum Xocalını görmək istəyirəm”, - deyən G.Əbdülova ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına inamını vurğulayıb. O, gələcəkdə həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq arzusunda olduğunu da söyləyib.

Elm və təhsil 2020-02-26 18:29:00