×
A
A
A
Sazlamalar

Xocalı faciəsi ermənilərin iç üzünü dünyaya açdı

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin professoru İbrahim Zeynalov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə məkrli ermənilərin Xocalıda törətdikləri qanlı hadisələrdən danışıb. Qeyd olunub ki, düşmən şəhəri talan edib, günahsız insanları - uşaqları, qadınları, qocaları, gəncləri amansızcasına qətlə yetirib. Xocalı faciəsi ermənilərin iç üzünü dünyaya açdı.
Dosent Sevda Hüseynova, fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və digər çıxış edənlər Xocalı faciəsinin xalqımızın qan yaddaşından silinməyəcəyini bildiriblər.
Sonra Xocalı hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2020-02-26 18:07:00