×
A
A
A
Sazlamalar

Şəmkir gəncləri Xocalı faciəsini fotoların dili ilə şərh ediblər

Şəmkir, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Şəmkir rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktoru Kənan İbrahimov fotolar əsasında Xocalı soyqırımı ilə bağlı faktları diqqətə çatdırıb.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində çəkilən “Sonsuz dəhliz” sənədli filminə baxıblar.

Regionlar 2020-02-26 17:25:00