×
A
A
A
Sazlamalar

Masallıda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilib

Masallı, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 26-da Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, Xocalı sakinləri abidə önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yad ediblər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Regionlar 2020-02-26 17:23:00