×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir

Salyan, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda Xocalı faciəsinin 28-ci ildönümü bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və yüzlərlə sadə salyanlı əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Faciə qurbanlarını yad edən salyanlılar Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu qeyd edib, dünyanı Xocalıdan ibrət dərsi almağa və bu soyqırımı aktını törədən erməni cəlladlarına qarşı amansız olmağa çağırıblar.
Anım mərasimi Salyan Dövlət Kukla Teatrının təqdim etdiyi ədəbi-bədii kompozisiya nümayişi olunub.

Regionlar 2020-02-26 17:22:00