×
A
A
A
Sazlamalar

Pantomima Teatrı mart repertuarını açıqlayıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı martda maraqlı tamaşalarla çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan “Ağ bığlılar” martın 1-də,
“Qoca və Mələk” 7-də, “Adagio” isə 8-də teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, martın 14-də “İt gəzdirən xanım” tamaşası, 15-də “6+1 nömrəli palata”, 28-də “Dejevü”, 29-da “Katarsis” tamaşaları göstəriləcək.
Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da nümayiş olunacaq.

Teatr və kino 2020-02-26 12:37:00