×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 fevral 2020-ci il tarixli 394 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 85 saylı Şamaxı seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanov Əzizağa Mirpaşa oğlu 2020-ci il fevralın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 19 fevral 2020-ci il tarixli 20/2 saylı qərarını mübahisələndirmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, Komissiyanın iclasında iştirak etməyə gəlməmişdir.
Namizəd Ə.M.Süleymanov dairə seçki komissiyasının qərarını mübahisələndirsə də qərarda göstərilən hallara dair fikir bildirməmiş, ümumi halda pozuntular baş verdiyi bildirmiş, əsasən də lider namizədin seçkiqabağı təşviqatı ilə bağlı ehtimal olunan pozuntular barədə məlumatlar göstərmişdir.
Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə 830 nəfər müşahidəçi, vəkil edilmiş şəxs və məşvərətçi səs hüquqlu üzv qeydə alınmışdır. Bundan əlavə seçki dairəsi ərazisində müxtəlif qurumları təmsil edən 15 nəfər beynəlxalq müşahidəçi müşahidə aparmışdır. Deputatlığa namizəd Ə.M.Süleymanov dairənin əhatə etdiyi 63 seçki məntəqəsindən 14 seçki məntəqəsinə müşahidəçi təyin etmişdir. Seçki günü istər yerli müşahidəçilərdən, istərsə də beynəlxalq müşahidəçilərdən səsvermə başlandığı andan sona çatanadək, həmçinin səslər sayılarkən və məntəqə seçki komissiyasının yekun protokolu tərtib edilərkən dairə seçki komissiyasına və məntəqə seçki komissiyalarına seçki məntəqələrində qanun pozuntularına yol verilməsi barədə müraciət daxil olmamışdır. Namizədin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilmiş, lakin dairə seçki komissiyasının seçki məntəqələrindən hər hansı görüntü aşkar edilməmişdir.
Namizəd tərəfindən müraciətə əlavə edilmiş 2 ədəd elektron məlumat daşıyıcısı olan diskə (CD) baxış keçirilmiş, həmin disklərdən biri seçkiqabağı təşviqatla bağlı görüntülərdən, digəri isə səsvermə günü bəzi məntəqələrdə aparılmış və özündə hər hansı pozuntunu əks etdirməyən görüntülərdən ibarətdir.
Namizədin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilmiş, lakin dairə seçki komissiyasının seçki məntəqələrindən hər hansı görüntü aşkar edilməmişdir.
Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Ə.M.Süleymanovun müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də hazırki araşdırma ilə müraciətin təmin olunması və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 85 saylı Şamaxı seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanov Əzizağa Mirpaşa oğlunun 23 fevral 2020-ci il tarixli 394 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-26 09:12:00