×
A
A
A
Sazlamalar

Sumqayıtda süngər sexində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib

Bakı, 25 fevral, AZƏRTAC 

Sumqayıt şəhərində ümumi sahəsi 200 kvadratmetr olan süngər sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində sex və içərisindəki bir dəzgah yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-02-25 19:40:00