×
A
A
A
Sazlamalar

Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşları qəbul edib

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Sumqayıt şəhərindən və Xızı rayonundan olan vətəndaşların qəbulunu keçirib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda 12 vətəndaş iştirak edib.
Qəbulda vətəndaşların müraciətləri Gənclər evinin tikintisi, fəxri adların və məşqçilik dərəcəsinin verilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı olub.

Sosial 2020-02-25 19:02:00