Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb
Bakı, 25 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, külək Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 metr/saniyəyədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb