×
A
A
A
Sazlamalar

Xarici valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

Bakı, 25 fevral, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumat əsasında Gəncə-Moskva aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki karton qutuda olan 2 milyon rus rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-02-25 17:31:00