×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılır.
Bundan başqa iclasda seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və əlavə sənədləri Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Daxili siyasət 2020-02-25 16:35:00