×
A
A
A
Sazlamalar

Musiqi məktəbinin şagirdlərinin beynəlxalq müsabiqədə uğuru

Bakı, 25 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsində uğurla çıxış edərək laureat adını qazanıblar.
İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlərdən qanun ixtisası üzrə Aysun Sultanova birinci yerə, Vəfa Şirəliyeva üçüncü yerə, fortepiano ixtisası üzrə Məryəm Əli və Nurcan Yasahova isə ikinci yerə layiq görülüb.

Mədəniyyət 2020-02-25 15:48:00