Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə xarici dillərdə kitablar, məqalələr çap olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar təşkil edilməlidir.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmləri doktoru Eynulla Mədətli Xocalı faciəsinin başvermə səbəblərindən danışıb, tarixin dərslərindən ibrət götürməyin vacibliyini qeyd edib.
Digər sıxış edənlər də Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayıblar.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır