×
A
A
A
Sazlamalar

Macar dilindəki “Vikipediya”da Azərbaycanla bağlı məqalələr yaradılacaq

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Macar Dili və Mədəniyyəti Mərkəzinin müəllim və tələbələri, həmçinin Macarıstanın ölkəmizdəki səfirliyinin əməkdaşı AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər.
MEK-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin təlimlərində iştirak edən könüllülər “Vikipediya”nın macar dili bölməsində Azərbaycanla bağlı məqalələrin yaradılmasını və boşluqların aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana Macarıstanın ölkəmizdəki səfirliyi ilə birgə “Azərbaycandilli “Vikipediya”da Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” layihəsini həyata keçirir.

Elm və təhsil 2020-02-25 11:13:00