×
A
A
A
Sazlamalar

Gimnastımız Gövhər İbrahimova Rumıniyada üç qızıl medal qazanıb

Bakı, 25 fevral, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə “İrina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Gövhər İbrahimova, Məryəm Əliyeva və Fatimə Əkbərova təmsil ediblər.
On yaşlı G.İbrahimova bu il çıxış etdiyi ilk beynəlxalq yarışda 3 qızıl medal qazanmağa müvəffəq olub. Belə ki, gimnastımız həm çoxnövçülük, həm gürzlər, həm də halqa ilə çıxışına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib.
M.Əliyeva çoxnövçülük, gürzlər və topla nümayiş etdirdiyi hər bir çıxışına görə 6-cı yerdə qərarlaşıb.

İdman 2020-02-25 11:03:00