×
A
A
A
Sazlamalar

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

Bakı, 25 fevral, AZƏRTAC

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın 30-dan çox informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda Xocalı soyqırımı haqqında geniş məlumat verilib. “Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması” sərlövhəli bəyanatda qeyd olunur ki, Xocalı soyqırımı mahiyyət etibarilə Holokost, Hernika, Xatın və digər soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Bəyanatda dünya mediasının Xocalı soyqırımı barədə yazdıqları məlumatlara geniş yer verilib və bildirilib ki, dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Müəllif Xocalı soyqırımı ilə bağlı rəqəmləri təqdim edib və Ukrayna mətbuatını Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı törətdiyi cinayətləri pisləməyə çağırıb.

Siyasət 2020-02-25 10:10:00