×
A
A
A
Sazlamalar

Bazar günü məktəblərinə qeydiyyat davam edir

Bakı, 25 fevral, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bazar günü məktəblərində məşğələlər davam edir.
AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, martın 1-də biologiya, martın 7-də və 14-də rus dili və ədəbiyyatı fənlərindən bazar günü məktəbi təşkil ediləcək. Məşğələlər pulsuzdur.
Bazar günü məktəbinə yazılmaq üçün MDU-nun Bakı filialının saytında formanı doldurmaq lazımdır. Qeydiyyat bazar ertəsi saat 9:30-dan açılır və şənbə günü saat 11-də bağlanır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.

Elm və təhsil 2020-02-25 10:00:00