×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 340 və 341 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nəcəfov Sultan Sabir oğlu və Rəhimov Elçin Akif oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının müvafiq olaraq 18 fevral 2020-ci il tarixli 15/55 və 15/56 saylı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 29 saylı Səbail seçki dairəsinin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizədlər müraciətdə səsvermə günü 29 saylı Səbail seçki dairəsinin 5, 16, 22, 27 və 30 saylı seçki məntəqələrindən əldə etdikləri səsvermənin nəticələrinə dair protokolların surətləri ilə Mərkəzi Seçki Komissiyasına təqdim edilən rəsmi protokollar arasında uyğunsuzluq olduğunu, həmin seçki məntəqələrinin bəzilərində baş verən qanun pozuntularını təsdiq edən video görüntülərin olduğunu iddia edərək seçki dairəsinin 17 seçki məntəqəsi üzrə yol verilmiş pozuntuları nəzərə alaraq seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişlər. Şikayətə 2 ədəd CD-R disk və 5 ədəd möhürlü, imzalı protokol surəti əlavə edilmişdir.
Araşdırma çərçivəsində şikayətçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Müraciətin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrindən sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim edilmiş rəsmi protokolları, namizədlər tərəfindən təqdim olunmuş 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolların surətini və digər seçki materiallarını əhatə etmişdir.
O da qeyd edilməlidir ki, 6 seçki məntəqəsi (1, 5, 9, 11, 17, 25 seçki məntəqələri) üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının həmin seçki dairəsindən qeydə alınmış digər namizədin şikayətinə baxılması haqqında 18 fevral 2020-ci il tarixli 26/293 saylı qərarı ilə etibarsız sayılması nəzərə alınmalıdır.
Təqdim edilmiş 5, 16, 22, 27 və 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair beş protokol surətinə baxış keçirilərkən müəyyən edildi ki, məlumatları mübahisələndirilən 5 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair protokolların surətlərinin rəsmi təqdim edilmiş protokollarla eyni olub-olmamasını müəyyən etmək üçün onlara müqayisəli baxış keçirilmiş və müəyyən edilmişdir ki, seçki dairəsinin 16, 27 və 30 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının surətində və həmin seçki məntəqələri üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollardakı məlumatlar eynilik təşkil edir.
Araşdırmaya təqdim edilmiş 22 saylı seçki məntəqəsindən əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair möhürlü və imzalı protokolun surətindəki imzalarla rəsmi protokolda komissiya üzvlərinin imzalarının fərqli olduğu şübhə doğurduğundan xüsusi biliyə malik xəttşünas ekspertlər dəvət edilərək həmin imzalar araşdırılmışdır. Ekspertlər tərəfindən verilmiş rəyə əsasən protokolların surətlərindəki imzalar rəsmi protokollardakı imzaları icra etmiş şəxslər tərəfindən deyil, müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Müəyyən olunmuş bu halla bağlı 22 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədr və üzvlərinin izahatları alınmışdır. Həmin izahatlarda göstərilir ki, səsvermənin nəticələrinə dair fərqli məlumatlar olan protokol surətindəki imzalar və təsdiq onlar tərəfindən icra edilməmişdir. Belə olan halda həmin protokolların surətləri hüquqi nəticə doğuran sübut kimi qiymətləndirilə bilməz.
29 saylı Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində quraşdırılmış veb-kameranın görüntülərindən, həmçinin sosial şəbəkələrdə yayımlanmış və namizədlər tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcılarında olan görüntülərin digər məlumatlarla birlikdə araşdırıl¬ması zamanı həmin seçki məntəqəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntusu aşkar edilmişdir ki, bu da seçki məntəqəsi üzrə səvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır.
Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, 23 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı həmin hissədə ləğv olunmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nəcəfov Sultan Sabir oğlu və Rəhimov Elçin Akif oğlunun 20 fevral 2020-ci il tarixli 340 və 341 saylı müraciətləri qismən təmin edilsin, 23 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/55 və 15/56 saylı qərarları 23 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov


Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 608 nömrəli, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 609 nömrəli, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2408 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 12 noyabr tarixli 672 nömrəli, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2018-ci il 14 dekabr tarixli 400 nömrəli, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” 2018-ci il 20 dekabr tarixli 417 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında” 2021-ci il 6 aprel tarixli 1308 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2392 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:20:00