Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək
Bakı, 25 fevral, AZƏRTAC
Martın 4-də UNESCO-nun mənzil-qərargahında Dünya Mühəndislik Günü ilk dəfə qeyd ediləcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO və onun tərəfdaşı olan Dünya Mühəndis Təşkilatları Federasiyası Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda mühəndisliyin vacib roluna həsr edilən konfrans keçirməyi planlaşdırır. Konfrans bir neçə sessiyanı, panel müzakirələri, əsas məruzələri, təqdimatları, mühəndislik fəaliyyəti ilə maraqlanan gənclər üçün seminarları əhatə edəcək. Həmçinin mühəndisliyə dair UNESCO-nun ikinci məruzəsi təqdim olunacaq.
Xatırladaq ki, Dünya Mühəndislik Günün qeyd olunması haqqında qərar ötən il UNESCO baş konfransının 206-cı sessiyasında qəbul edilib.
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb