×
A
A
A
Sazlamalar

Blumberq öz prezident seçkisi kampaniyasına 500 milyon dollardan çox vəsait sərf edib

Bakı, 25 fevral, AZƏRTAC

Maykl Blumberq öz prezident seçkisi kampaniyasına 500 milyon dollardan çox vəsait sərf edib. Bu barədə “Advertising Analytics” şirkəti məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, şirkətin “Twitter” səhifəsində Blumberqin bütün media üzrə sərf etdiyi ümumi məbləğin 509 milyon 512884 dollar olduğu bildirilib.
Nyu-Yorkun sabiq meri, keçmişdə respublikaçı və müstəqil siyasətçi olmuş Maykl Blumberq hazırda ABŞ prezidenti postuna Demokratlar partiyasından iddia edir. Var-dövləti 50 milyard dollar məbləğində dəyərləndirilən namizəd öz kampaniyasını müstəqil maliyyələşdirir. İndiyədək Ayova, Nyu-Hempşir və Nevada ştatlarında ilkin seçkilərdə iştirak etməyən Blumberq 14 ştatın birdən səs verəcəyi martın 3-də yaxşı nəticə göstərməyə ümid bəsləyir.

Dünya 2020-02-25 06:07:00