×
A
A
A
Sazlamalar

Tovuzda meyvə bağlarının sahəsi 1395 hektara çatdırılıb

Tovuz, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsulları istehsalının təşkil etdiyi Tovuz rayonunda ötən il 26 hektar sahədə yeni müasir meyvə bağları salınıb.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülmüş tədbirlərlə rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılıb.
Mövsüm ərzində bağlardan əvvəlki ildən 4095 ton çox olmaqla 21 min 756 ton məhsul götürülüb.

Kənd təsərrüfatı 2020-02-25 04:15:00