×
A
A
A
Sazlamalar

Eden Hazard üç ay yaşıl meydanlardan kənarda qalacaq

Bakı, 25 fevral, AZƏRTAC
Futbol üzrə Belçika milli komandasının baş məşqçisi Roberto Martinez millinin və “Real Madrid” klubunun yarımmüdafiəçisi Eden Hazardın zədəsi barədə danışıb.
AZƏRTAC xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında E.Hazardın azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə oyun öncəsi oldu. Çünki bu zədə onu azı 3 ay futbolsuz qoyacaq. E.Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.
Xatırladaq ki, La Liqanın XXV turunda “Levante” ilə matçda (0:1) zədələnən belçikalı futbolçunun ayaq biləyində sınıq aşkarlanıb. Klubun rəsmi saytı onun azı iki meydana çıxa bilməyəcəyini açıqlayıb.

İdman 2020-02-25 01:28:00