×
A
A
A
Sazlamalar

Böyük Britaniyada son 20 ilin ən güclü daşqınları baş verir

London, 24 fevral , AZƏRTAC

Böyük Britaniyada son 20 ilin ən güclü daşqınları baş verir. Şrevsbery və Şropşir əyalətlərində yüzlərlə ev su altında qalıb. Nəqliyyatda yaranan problemlərə görə avtobuslar fəaliyyətlərini dayandırıb. Daşqınlar səbəbindən bir çox bölgələrdə məktəblər bağlanıb. Vay və Sevın çayları daşqınlar nəticəsində ən yüksək səviyyəyə çatıb.
Hidrometeorologiya Mərkəzi yağışların yağacağını və daşqınların artacağını xəbər verib.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-02-24 21:25:00