Xəzər və Osmanqazi universitetləri əməkdaşlıq edəcək
Bakı, 24 fevral, AZƏRTAC
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs dəvət əsasında Türkiyənin Eskişehir şəhərindəki Osmanqazi Universitetində olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Osmanqazi və Xəzər universitetləri arasında təhsil və tədqiqat əməkdaşlığını müzakirə etmək olub. Vurğulanıb ki, əməkdaşlıq nanotexnologiya, materialşünaslıq və biomühəndislik kimi mühəndisliyin bir çox sahələrində qarşılıqlı tədqiqat işlərini əhatə edəcək. Həmçinin bura maşınqayırma, kompüter mühəndisliyi, kompüter elmləri, elektrik və elektronika və inşaat mühəndisliyi sahələrində tələbə mübadiləsi, ikili dərəcə və ortaq dərəcə proqramları daxildir.
Osmanqazi Universitetinin rektoru, professor Kamal Şenocak və Mərkəzi tədqiqat laboratoriyasının direktoru, professor Vural Bütün ilə görüşdə təhsil və tədqiqat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd olunub ki, əməkdaşlığa başlamaq üçün tərəflər arasında tezliklə müqavilə imzalanacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır