Folkmarzendə avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb
Berlin, 24 fevral, AZƏRTAC
Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, polis gümüşü rəngli “Mercedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır