×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universitetinin tələbələri “Audiokitab” layihəsi barədə məlumatlandırılıb

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə tələbələrin “Audiokitab” layihəsinin əməkdaşları ilə görüşü keçirilib. Tədbirdə layihə rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, aktyor Mahir Mirişli, bədii qiraətçi Əhliman Ərşadlı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı və fakültənin nəzdində fəaliyyət göstərən kafedra müdirləri və əməkdaşlar iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələrə “Audiokitab” layihəsinin yaranma tarixi, inkişaf prosesi, sosial şəbəkələrdə istifadə qaydaları, o cümlədən layihənin tərkibinə daxil olan kitablar haqqında məlumat verilib. Layihə əməkdaşlarının söylədikləri şeirlər, bədii qiraət nümunələri tələbələrin marağına səbəb olub.
Sonda çıxış edən Xarici dillər kafedrasının müdiri Aidə Sobor tələbələri audiokitablardan yararlanmağa çağırıb. O, tələbələrin dünyagörüşünün artırılmasında bu kitabların böyük rolu olduğunu vurğulayıb.

Elm və təhsil 2020-02-24 20:05:00