×
A
A
A
Sazlamalar

İtaliya saytları Bakı Limanının Trieste limanı ilə əməkdaşlığından yazır

Bakı, 24 fevral, AZƏRTAC

İtaliyanın aparıcı xəbər saytları “Rainnews”, “Trieste All News”, “il Friuli” “il Messaggero”, “ANSA” Bakı Limanının Trieste limanı ilə anlaşma memorandumu imzaladığına dair məqalələr dərc edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə dünya nəqliyyat dəhlizlərində mühüm yer tutan və Avropaya qapı sayılan Trieste limanı ilə Bakı Limanının əməkdaşlığa başlamasının hər iki qurum üçün vacib nailiyyət olduğu qeyd edilib. Bununla da, Trieste limanı Çinə bir addım yaxın olub, öz əməliyyat sahəsini genişləndirib, Bakı Limanı isə Avropada strateji mövqeyə malik müttəfiqlə iş birliyinə başlayıb.
İtaliya saytları Bakı Limanının Avropa şirkətləri üçün Mərkəzi Asiya və Çinə giriş qapısı rolunu oynadığını qeyd ediblər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktor Taleh Ziyadovu sitat gətirən saytlar qeyd edir ki, İtaliyada imzalanan anlaşma memorandumu Bakı Limanı və Trieste limanını Çinlə Avropa arasında “Orta dəhliz” çərçivəsində vacib mərkəzə çevirəcək.

Nəqliyyat 2020-02-24 19:30:00