×
A
A
A
Sazlamalar

Macarıstanlı ekspert: Dünyanın soyqırımlarının qarşısının alınması naminə həmrəyliyə ehtiyacı var

Budapeşt, 24 fevral, AZƏRTAC

İnsanlığa qarşı törədilən cinayətlərin, soyqırımlarının mahiyyətini izah etmək üçün cəmiyyətin bütün təbəqələri arasında, ilk növbədə isə bizim xələflərimiz olacaq gənclər arasında maarifləndirmə işləri aparılmalıdır.
Bu sözləri Macarıstan paytaxtında keçirilən “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfransın iştirakçısı, Soyqırımı və Kütləvi Qırğınlara qarşı Budapeşt Mərkəzinin sədri Dyörd Tatar AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, belə vəhşi aktların qarşısının alınmasında məlumatlılıq amili çox böyük rol oynayır.
Xatırladaq ki, bu gün Budapeştdə keçirilən konfrans Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Siyasət 2020-02-24 19:14:00