×
A
A
A
Sazlamalar

Məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

Bakı, 24 fevral, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
AZƏRTAC Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək. Birinci mərhələ fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə apreldə Bakıda keçiriləcək.
Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Elm və təhsil 2020-02-24 19:20:00