×
A
A
A
Sazlamalar

“Real Madrid” “El-Klassiko”ya ciddi itkilərlə çıxacaq

Bakı, 24 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” futbol klubu La Liqanın XXVI turunda keçiriləcək 2020-ci ilin birinci “El-Klassiko”suna itkilərlə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisinin heyətində zədəli olan Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.
Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın qanununa əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.
Qeyd edək ki, “Real”–“Barselona” matçı martın 1-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

İdman 2020-02-24 19:13:00