×
A
A
A
Sazlamalar

Tovuzda kartof saxlamaq üçün tikilən soyuducu anbar logistik mərkəz kimi fəaliyyət göstərəcək

Tovuz, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Tovuz rayonunda kartofçuluqla məşğul olan iri fermer təsərrüfatları yaradılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il rayonda 158 min 706 ton kartof istehsal olunub.
Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəlib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, istehsal edilən məhsulun saxlanılması və uyğun vaxtlarda realizasiya olunması məqsədilə 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanıb. Logistik mərkəz kimi fəaliyyət göstərəcək bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli təsir göstərəcək.

Kənd təsərrüfatı 2020-02-24 19:08:00