×
A
A
A
Sazlamalar

Ukrayna saytı azərbaycanlı diaspor fəalının Xocalı soyqırımı ilə bağlı məqaləsini yayıb

Kiyev, 24 yanvar, AZƏRTAC
Ukraynanın tanınmış “Obozrevatel” saytında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun müəllifi olduğu məqalədə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı amansız cinayətindən bəhs edilib.
Müəllif qeyd edir ki, 28 il əvvəl erməni silahlıları Xocalıda 613 mülki şəxsi qətlə yetirib, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Xocalı faciəsinin dünyanin bir çox ölkələrinin parlamentləri tərəfindən tanıdıldığı qeyd olunan məqalədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu istiqamətdə işlərin davam etdiriləcəyi vurğulanır.
Müəllif məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə də ətraflı məlumat verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2020-02-24 19:02:00