×
A
A
A
Sazlamalar

Beynəlxalq konfrans: Milli təhlükəsizliyin iqtisadi və sosial-mədəni aspektləri

Bakı, 24 fevral, AZƏRTAC 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən “Milli təhlükəsizliyin iqtisadi və sosial-mədəni aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd milli dəyər, mənafe və məqsədləri, insan, cəmiyyət və dövlətin qarşılıqlı tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, mədəni və digər tələbatların məcmusundan ibarət milli maraqları qorumaqdır. Eyni zamanda, milli ideologiyanın təşviqində elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri təbliğ etməkdir.
Konfransın elmi istiqaməti iqtisadi, sosial, təbiət və sosiologiya elmlərini əhatə edir. Təqdim olunacaq tədqiqatlar elektron formada göndərilməlidir, iştirak etmək istəyənlər aprelin 10-dək məqalələrini göndərə bilərlər.

Elm və təhsil 2020-02-24 19:01:00