×
A
A
A
Sazlamalar

Fiziologiya İnstitutunda məktəblilərlə görüş

Bakı, 24 fevral, AZƏRTAC

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması məqsədilə 242 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutda aparılan elmi tədqiqat işləri haqqında məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlərin iştirakı ilə Neftçala rayonu Xıllı balıq zavodunda yetişdirilən çəki balığı körpələri üzərində təcrübə aparılıb, kimyəvi tərkibli maddələrin canlılara təsiri öyrənilib.

Elm və təhsil 2020-02-24 18:55:00